SƏD İBN ÜBƏDƏ

(14/635-ci ildə vəfat etmişdir) – Mədinənin Xəzrəc qəbiləsinin başçılarından biri, Məhəmməd peyğəmbərin səhabəsi və siyasət adamı olmuşdur. O, ikinci Əqəbə beyəti zamanı İslamı qəbul etmiş, Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməsini istəyənlərdən biri olmuşdur. Bunu bilən qüreyşlilər onu izləyərək Məkkəyə gətirmiş, ona işgəncələr vermişdirlər. Bundan sonra o, azadlığa buraxılmışdır. Səd zəngin bir insan idi, bütün varını müsəlmanlar üçün xərcləmişdir. Müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra, Səd ibn Übədə Bədr, Uhud, Xəndək və Xeybər döyüşlərində iştirak etmişdir. Məkkənin fəth edilməsi zamanı ənsarların bayraqdarı olmuşdur. Məhəmməd peyğəmbərin vəfatından sonra ənsarlar Səid oğullarının toplantı yerində Səd ibn Ubədəni xəlifə seçmişdirlər. Ancaq o, fikrini dəyişərək Əbu Bəkri xəlifə seçmişdir. Bundan sonra Səd ibn Übədə Suriyaya getmiş, hicrətin 14-cü ilində orada vəfat etmişdir.
SƏD İBN ƏBU VƏQQAS
SƏDƏQƏ
OBASTAN VİKİ
Abdullah ibn Səd
Abdullah ibn Səd (VII əsr, Məkkə – 656, Aşkelon, Cənub dairəsi, ərəb. عبد الله بن سعد بن أبي السرح‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, ərəb xilafətinin dövlət xadimi və hərbi rəhbəri. == Bioqrafiya == Onun tam adı Əbu Yəhya Abdullah ibn Sad ibn Əbu Sarh əl-Qureyşi əl-Əmiridir. Abdullah ibn Sədin doğum tarixi haqqında heç bir məlumat yoxdur. O, Qureyş qəbiləsinin Əmir ibn Luay nəslindən olmuşdur. Osman ibn Əffanın süd qardaşı idi. O, Hüdeybiyyə müqaviləsindən əvvəl İslamı qəbul edərək Mədinəyə köçür. Orada Məhəmməd peyğəmbər üçün vəhylər yazır. Bir müddət sonra İslamdan uzaqlaşaraq Məkkəyə qaçır. 630-cu ildə Məkkənin fəthindən sonra İslamı qəbul edir.
Mahmud ibn Səd
Mahmud ibn Səd — 13-14-cü əsrlərdə yaşamış və Azərbaycanda fəaliyyət göstərmiş memar. O, Bibiheybət məscidinin, Molla Əhməd məscidinin və Nardaran qalasının memarıdır.
Səd ibn Ubadə
Səd ibn Ubadə (güm. 580-ci illər, Mədinə – 636 və ya 635, Hövran, ərəb. ‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, 7-ci əsrin islam siyasəti xadimi, Mədinədəki Xəzrəc qəbiləsinin başçılarından biri. Onun tam adı Sad ibn Ubad ibn Dulaim ibn Haris ibn Numan ibn Əbu Həzeym əl-Ənsari əl-Səidi əl-Xəzrəcdir. Səid şəcərəsinin başçısı idi. Akabedə ikinci beyyət zamanı İslamı qəbul edir. O, Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin təşəbbüskarlarından olub. Qureyşlilər bundan xəbər tutur və Akabedən qayıdarkən onun izinə düşərək Məkkəyə gətirirlər. Orada ona işgəncə verilir, lakin Cübeyr ibn Mutim və Haris ibn Hərbin sayəsində Mədinəyə qayıtmağı bacarır. Səd varlı bir insan idi və var-dövlətini gənc müsəlman cəmiyyətinin ehtiyaclarına xərcləyirdi.
Ömər ibn Səd
Ömər bin Saad — Ərəb xilafətində tanınmış sərkərdə. Əməvilərin qoşunlarına rəhbərlik etmişdir. Xilafət qarşısındakı xidmətlərinə görə Rey şəhərinin valisi mükafatı sözü verilmiş, lakin buna nail olmamışdır. Onun adı ilə bağlı olan ən önəmli hadisə Kərbəla döyüşündə İmam Hüseynin tərəfdarlarına divan tutulması ilə bağlıdır. Ömər bin Saad həmin döyüşdə xilafət ordusuna rəhbərlik etmişdir.
Səd ibn Əbu Vəqqas
Səd ibn Əbu Vəqqas (ərəb. سعد بن أبي وقاص‎; 595, Məkkə – təq. 674 və ya 675, Mədinə) — Məhəmməd peyğəmbərin səhabəsi, ilk iman gətirənlərdən biri. İlk mühacirlədən olmuş və Bədr müharibəsində iştirak etmişdir. Ömər ibni Xəttabın xilafət üçün təyin etdiyi altı namizəddən biridir. Əhli-sünnətin nəzərinə görə, Behişt müjdəsi verilən on nəfərdən biridir. Ömər ibni Xəttabın Qadisiyyə müharibəsinin qəhrəmanlarından olmuşdur. Deyilənə görə, bəzi səhabələr onun əsl-nəsəbində şəkk etmiş, yadına salaraq ona əziyyət edirlərmiş. Rəvayətə görə Peyğəmbər onun nəsəbini sabit etmişdir və o, Bəni Zöhrə qəbiləsindəndir. İbni Qüteybə “Əl-imamətu vəs-siyasət” kitabında qeyd etmişdir ki, Bəni Zöhrə Peyğəmbər (s) dünyadan getdikdən sonra Səd ibni Əbi Vəqqas və Əbdürrəhman ibni Ovfun ətrafına yığıldılar.
Səd ibn Hənzələ ət-Təmimi
Səd ibn Hənzələ ət-Təmimi (ərəb. سعد بن حنظله تمیمی‎) — Hüseyn ibn Əlinin səhabələrinin öndə gələnlərindən biri. Aşura günü Kərbəla döyüşündə şəhid olmuşdur. Kərbəla şəhidləri arasında tarixi mənbələrdə onun adı cüzi dəyişiklərlə qeyd edilib, başqa bir mənbədə isə onun doğru adının Hənzələ ibn Əsəd əş-Şibami olduğu açıq-aşkar qeyd olunub. Görünür, oğlunun adını atanın adı ilə səhv salmış və Əsəd Səd olaraq təhrif edilmişdir. Səd böyük döyüşçü və Hüseynin görkəmli səhabələrindən biri idi. Aşura günü döyüş qızışdıqda o, Hüseynin yanına getdi və döyüş meydanına getmək üçün ondan icazə istədi. İcazə alıb Hüseynlə vidalaşdıqdan sonra döyüş meydanına yollandı. Aşura günü günortadan əvvəl döyüş meydanına getdi. O, Xalid ibn Əmr əl-Əzdi və Umeyr ibn Əbdullah əl-Məzhicidən sonra döyüş meydanına getdi və cəsarətli döyüşdən sonra çoxlu əsgərləri öldürdü və yaraladı və Əli ibn Əbu Talibin ailəsinin müdafiəsi üçün Kərbəla səhrasında şəhid oldu.
Səd Zəğlul
Sə’d Zəğlul (ərəb. سعد زغلول‎; iyul 1858 və ya 1 iyul 1859, Mutubis[d], Kəfr əş-Şeyx mühafəzəsi[d] – 23 avqust 1927, Qahirə) — Misir dövlət xadimi, 1924-cü ildə Misirin baş naziri.
Çuxur Səd
Çuxursəəd — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. Çuxursəəd əyaləti Qərbi Azərbaycanın tarixi adıdır. Bəzi mənbələrdə Çuxur Səəd kimi də yazılır. Çuxursəd bu gün Ermənistan Respublikası adlanan torpaq uzun əsrlər boyu Çuxursəd adlanmış yurdun bir hissəsidir. Professor Minorski Mirzə Səmianın "Təzkirat-ül Moluk" kitabı üzərində apardığı araşdırmalarla bağlı yazdığı şərhdə mərkəzi İrəvan olan Çuxursəd vilayəti haqqında yazır":Çuxursəd sonradan geniş yayılmış bir coğrafi termindir. O, ilk dəfə Səvfəvilər dövründə və daha çox İrəvan əyaləti haqqında işlənib. "Aləmara"nın 168-ci səhifəsinin məzmununa görə, Qars Çuxursədlə Ərzurum arasında yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir. Çuxursəd türk lüğətində "topağın enişi" kimi şərh olunur. Burada zahirən Arazın tərəflərinin aşağı olması nəzərdə tutulur" (1) Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır"":Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın yaxınlığında yerləşir.
Səd ibn əl-Hərs əl-Ənsari
Səd ibn əl-Hərs əl-Ənsari (ərəb. سَعد بن الحَرث (الحارِث) الأنصاری‎) — 680-ci ilin (hicri 61-ci il) Aşura günü Kərbəla döyüşündə şəhid. Səd Xəzrəc qəbiləsindən idi. Səd və qardaşı Əbu əl-Hütuf ibn əl-Hərs əl-Ənsari Nəhrəvan döyüşündə xəvariclərdən idilər və Ömər ibn Sədin ordusu ilə Kufədən Hüseynlə vuruşmağa gəlmişdilər. Aşura günü günorta çağı Hüseyn ibn Əlinin bütün səhabələri şəhid olduqdan sonra Hüseyn səsləndi: "Ah, bizə kömək edəcək bir köməkçi yoxdurmu? Ah, Peyğəmbərin ailəsini müdafiə edəcək bir müdafiəçi yoxdurmu?" Hüseynin çadırlarında olan qadınlar və uşaqlar çağırışı eşidib ağlamağa başladılar. Səd və onun qardaşı Əbu əl-Hütuf qadın və uşaqların fəryadı ürəklərini tutduqda, xəvaric şüarını səsləndirdilər: “Hökm yalnız Allaha məxsusdur və Ona asi olana itaət olmaz” və sonra bəyan etdi ki, "Hüseyn Peyğəmbərin qızının oğludur, Qiyamət günü onun şəfaətini özümüzə arzulayırıq. O, belə vəziyyətdə, köməkçisi olmayan, Kərbəla səhrasında tək dayanıb kömək diləyən halda biz onunla necə döyüşə bilərik?" Onlar Ömər ibn Sədin ordusuna qarşı çıxdılar və qılınclarını qınından çıxardılar. Səd və qardaşı şəhid olana qədər çoxlu əsgər öldürdülər. Ancaq başqa bir mənbə hekayəni bir qədər fərqli şəkildə nəql edir.
Səd Talvar (Bicar)
Səd Talvar (fars. سد تلوار‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (11 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Ömər bin Səd
Ömər bin Saad — Ərəb xilafətində tanınmış sərkərdə. Əməvilərin qoşunlarına rəhbərlik etmişdir. Xilafət qarşısındakı xidmətlərinə görə Rey şəhərinin valisi mükafatı sözü verilmiş, lakin buna nail olmamışdır. Onun adı ilə bağlı olan ən önəmli hadisə Kərbəla döyüşündə İmam Hüseynin tərəfdarlarına divan tutulması ilə bağlıdır. Ömər bin Saad həmin döyüşdə xilafət ordusuna rəhbərlik etmişdir.
İbn
İbn Firnans
Səd əl-Səltənə karvansarası
Səd əl-Səltənə karvansarası — Qəzvin şəhər bazarında yerləşən Qacarlar dövrünə aid karvansara. Karvansara onu tikdirən Səd əl-Səltənə İsfahaninin şərəfinə adlandırılıb. Bölgənin ən yaxşı qorunub saxlanılmış karvansaralarından biridir. Karvansara Nəsrəddin şah Qacarın dövründə keçmiş Səfəvi sarayının yerində tikilib. 2.6 hektar ərazidə tikilib. Bina dördkünc formada tikilib və daxili həyətə açılan 4 eyvanı var. Səkkiz künclü otaq cənub eyvanının arxasında yerləşir və böyük günbəzi var. Qonaqlar üçün nəzərdə tutulan hücrələr həyətdəki torpaq səviyyəsindən bir metr yuxarıda yerləşir. Bundan başqa karvansaranın şərqində və qərbində də iki kiçik həyət var. Yaxınlığında Əl-Nəbi məscidi və hamam yerləşir.
Səd əl-Səltənə karvansarayı
Səd əl-Səltənə karvansarası — Qəzvin şəhər bazarında yerləşən Qacarlar dövrünə aid karvansara. Karvansara onu tikdirən Səd əl-Səltənə İsfahaninin şərəfinə adlandırılıb. Bölgənin ən yaxşı qorunub saxlanılmış karvansaralarından biridir. Karvansara Nəsrəddin şah Qacarın dövründə keçmiş Səfəvi sarayının yerində tikilib. 2.6 hektar ərazidə tikilib. Bina dördkünc formada tikilib və daxili həyətə açılan 4 eyvanı var. Səkkiz künclü otaq cənub eyvanının arxasında yerləşir və böyük günbəzi var. Qonaqlar üçün nəzərdə tutulan hücrələr həyətdəki torpaq səviyyəsindən bir metr yuxarıda yerləşir. Bundan başqa karvansaranın şərqində və qərbində də iki kiçik həyət var. Yaxınlığında Əl-Nəbi məscidi və hamam yerləşir.
İbn-Rüşd
İbn Rüşd (tam adı: Əbu əl-Valid Məhəmməd ibn Əhməd ibn Rüşd) və ya latınlaşdırılmış variantı ilə Averroes 14 aprel 1126, Kordova, Mürabitlər dövləti – 10 dekabr 1198, Mərrakeş[d], Müvəhhidlər dövləti[d]) — əndəluslu ərəb filosof və təbibi. Fəlsəfə, riyaziyyat, fiqh və tibbin kamil bilicisi. O dövr müsəlman İspaniyasının Kordova şəhərində anadan olmuş İbn Rüşd Qərbi Avropada dünyəvi fəlsəfi fikrin banisi hesab olunur. Digər məşşai filosoflarından fərqli olaraq, din-fəlsəfə münasibətləri probleminə hərtərəfli və sistemli şəkildə toxunan İbn Rüşd əlaqədar görüşlərini "Kitab əl-kəşf ən mənahic əl-ədillə fi əqaid əl-millə", "Fəsl əl-məqal fi ma beynə əl-hikmə və əş-şəriət min əl-itt isal" və "Təhafüt təhafüt əl-fəlasifə" adlı kitablarda toplamışdır. İbn Rüşdün problemə özünəməxsus münasibəti ondan ibarətdir ki, din və fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün onların arasında "ənənəvi" oxşarlıqlar axtarışına çıxmamışdır. O, problemi din nöqteyi-nəzərindən araşdırmış, ehkamlara əsaslanaraq, rasional biliklə vəhyi biliyin uyğunluğu ideyasını irəli sürmüş, dində ağıla əhəmiyyətin verdiyini bildirmişdir. İbn Rüşd deyirdi ki, fəlsəfə ilə məşğul olmaq dinin tələb etdiyi zəruri məsələdir. O, dinlə fəlsəfəni eyni həqiqətin ayrı-ayrı təzahürləri kimi nəzərdən keçirərək, onları "eyni məmədən süd əmən iki bacı" adlandırmışdır: "Demək istəyirəm ki, hikmət (fəlsəfə) şəriətin (dinin) dostu, süd bacısıdır. …Onlar təbiət etibarilə dostdurlar, mahiyyət baxımından bir-birinə aşiq sevgililərdir". Ümumiyyətlə, İbn Rüşd qarşısına belə bir məqsəd qoymuşdu ki, vəhy və fəlsəfənin ayrı-ayrılıqda nə kimi əhəmiyyət daşıdığını müəyyənləşdirib, onları bir-birinə uyğunlaşdırmaqla aralarında heç bir ziddiyyətin olmadığını isbatlasın.
İbn Abbas
Abdullah ibn Abbas ibn Əbdülmüttəlib (ərəb. عبدالله بن عباس‎; təq. 619, Məkkə – təq. 687, Taif, Məkkə bölgəsi[d]) — Məhəmməd peyğəmbərin tanınmış səhabəsi, İslam alimi və fəqihi. Məhəmməd peyğəmbərin əmisi Abbasın oğlu idi. Peyğəmbərin Mədinəyə hicrət etməsinə üç il qalmış Məkkədə doğulmuşdur. Məhəmməd peyğəmbərin yanında böyümüş, gənc yaşlarında ondan İslam dinin əsaslarını öyrənmişdir. Hicrətin səkkizinci ilinə qədər, Abdullah ibn Abbas öz ailəsi ilə Məkkədə yaşamışdır. Ancaq, şəhərin müsəlmanların əlinə keçməsindən az öncə, onlar da Mədinəyə hicrət etmişdirlər. O, Hüneyn və Taif döyüşlərində, eləcə də, Məkkənin alınmasında iştirak etmişdir.
İbn Abidin
Məhəmməd Əmin ibn Ömər əd-Dəməşqi (İbn Abidin) (d. 1198/1784 – ö. 1252/1836) - Osmanlı imperiyasının son dövrlərində yaşamış ən görkəmli müsəlman fəqihlərindən biri. 1198 (1784)-cü ildə Suriyanın Şam (Dəməşq) şəhərində anadan olmuşdur. O, hənəfi məzhəbinin mənsublarından olmuş, da doğulub orada yaşamışdır. Tam adı Səid Məhəmməd Əmin ibn Ömər ibn Əbdül-Əzizdir. Həzrəti Hüseynin (ə) nəslindən olub atasının anası "Xülasətül əsər" adlı əsərin müəllifi olan Mühibbinin qızıdır. Zühd (dünya sevgisini tərk edənə deyilir) və təqvasına görə Abidin ləqəbi ilə tanınan beşinci babası Məhəmməd Səlahiddinə nisbətlə İbn Abidin deyə adlandırılmışdır. Səid Məhəmməd atası ilə birlikdə ticarətlə məşğul olmuşdur. 1836-cı il, 5 avqust tarixində Şamda vəfat etdi ve Babüssəğir qəbristanlığında dəfn edildi.
İbn Aqil
Əbu Məhəmməd Bahaəddin Abdullah b. Əbdürrəhman b. Abdillah b. Aqil əl-Həmədani (16 oktyabr 1298[…], Qahirə – 16 noyabr 1367[…], Qahirə) — İbn Malik ət-Tainin "əl-Əlfiyyə"sinə yazdığı şərhlə tanınan dil və fiqh alimi. 1299-cu ildə Hələb yaxınınlığındakı Balis qəsəbəsində dünyaya gəlmişdi. Qahirədə doğulduğu da rəvayət edilir. 1294-cü il və ya 1301-ci ildə doğulduğunu qeyd edən qaynaqlar da vardır. Soyu Hz. peyğəmbərin əmizadəsi Aqil ibn Əbu Talibə dayandığından İbn Aqil künyəsiylə tanınır. Misiri, Balisi və Hələbi nisbələri ilə yanaşı ataları arasında Həmədan və Amiddə (Diyarbəkir) oturanlar olduğundan Həmədani və Amidi nisbələriylə də anılır.
İbn Bibi
İbn Bibi (tam adı: Əmir Nasırüddin Hüseyn bin Məhəmməd bin Əli əl-Cəfəri ər-Razi) — XIII əsr tarixçisi. İbn Bibi: "İbnul-Bibi əl-Münəccimə" olaraq məşhur Əmir Nasırüddin Hüseyn bin Məhəmməd bin Əli əl-Cəfəri ər-Razi, XIII əsrın tanınmış İranlı tarixçi və müəlliflərindəndir. "İbnul-Bibi" deyə məşhur olmasının səbəbi, Nişapur Şafiiləri lideri Kəmalüddin Simnaninin qızı olan "Bibi Münəccimə" adıyla məşhur olan anasından dolayıdır. İbn Bibinin, ana tərəfindən nəsəbi Qazan fitnəsində öldürülən Xorasanın böyük fəqihi İmam Məhəmməd bin Yəhyaya çatır. Bibi Münəccimə, astronomiyada istedadlıydı və dönəmin padişahlarının saraylarında özəlliklə də Sultan Cəlaləddinin yanında çox dəyərli və yaxındıydı. İbnul-Bibinin atası, Məcdəddin Məhəmməd Tərcuman deyə ünlüydü. Həyat yoldaşı Bibi Münəccumə səbəbiylə də Əlaəddin bin Keyqubad sarayında katiblik məqamına gəldi və Rum sultanlığının əmirləri arasında yer aldı. Şəmsəddin Sahibdivan-i Cüvəyni Anadolu işləriylə ilgili vəzifəyə gəldikdən sonra İbnul-Bibi ilə Cüveyni xanədanı özəlliklə də Əlaəddin Ataməlik Cüveyni arasında yaxın bir ilişki oldu. Bundan dolayı da İbn Bibi, kitabını əl-Əvamirul-Əlaiyyə deyə adlandırdı və onu Ata Məlikə təqdim etdi. Rum səlcuqluları padişahlarının tarixi mövzusunda yazdığı və yazarının müqəddiməsində bunun Cüveyninin Cihanguşəsinin bir zeyli olduğunu söylədiyi əl-Əvamirul-Əlaiyyə kitabı "Səlcuqnamə" adıyla da bilinir.
İbn Bənna
İbn Bənna (ərəb. ابن البناء المراكشي‎, ərəb. Ibn al-Banna' al-Marrakushi‎; 29 dekabr 1256, Mərrakeş[d], Müvəhhidlər dövləti[d] – 31 iyul 1321, Mərrakeş[d], Merinilər) — Mərakeşli alimdir; riyaziyyatda, xüsusilə triqonometriyada bir çox müstəqil kəşflər etmişdir; 17296 və 18416 kimi dost rəqəmləri müəyyən etmişdir; "Hesab əməllərinin qısa şərhi" kitabının müəllifidir.
İbn Bətutə
İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (25 fevral 1304–1377) — ərəb səyyah və tacir. Digər ərəb səyyahlarından fərqli olaraq, olduğu ölkələrin əhalisi haqqında daha çox maraqlanmışdır. 22 yaşında Mərakeşdən İskəndəriyyə şəhərinə gəlməklə Misirin əsas hissələrində olmuş, daha sonra Fələstin Məkkəyə getmişdir. Məkkədən geri Fələstinə qayıdan İbn-Bətutə Kiçik Asiyanı keçərək Rusiyaya daxil olmuş və Sibirə yollanmışdır. Rusiyadan İstanbula qayıdaraq Orta Asiyaya, buradan isə Əfqanıstandan keçməklə Hindistana yola düşmüşdür. Hindistanda dövlət xidmətinə götürülən səyyah 1342-ci ildə Çində olur. Daha sonra Maldiv adalarında, Mərakeşdə, təkrar İspaniya, Saxarada olmaqla 1377-ci ildə vəfat edir. İbn Bətutə orta əsrlərin bütün müsəlman ölkələrində, həmçinin müsəlmanların hakimiyyəti altında olan ərazilərdə olan yeganə səyyah olmuşdur. Onun qarşıya qoyduğu əsas məqsəd XIV əsrin ikinci yarısında mövcud müsəlman cəmiyyətini əsərlərində işıqlandırmaqdan ibarət idi. İbn Bətutə 1342-ci ildə dəniz yolu ilə Ərəbistana qayıtmış, özü ilə olduğu ölkələr haqqında zəngin məlumatlar gətirmişdir.
İbn Cureyc
Əbülvəlid Əbdülməlik ibn Əbdüləziz ər-Rumi, həmçinin İbn Cureyc (ərəb. ابن جريج‎; 699, Məkkə – 767, Bağdad) — islam ilahiyyatçısı, Məkkə ənənəçisi. Onun tam adı Əbülvəlid Əbdülməlik ibn Əbdüləziz ibn Cureyc ər-Rumi əl-Qureyşi əl-Məkkidir. O, yunan əsilli idi. Tarixçilər oun Xalid ibn Əsəd ailəsinin azad edilmiş adamı olduğunu güman edirlər. Filologiya, ədəbiyyat, tarixlə maraqlanırdı. Ata ibn Əbu Rabahi, Mücahid, İkrimə və başqalarından hədis nəql etmişdir. Vaqi, İbn Mübarək, Süfyan ibn Üyeynə və başqalarının hədisləri ondan nəql olunmuşdur. Ibn D̲j̲urayd̲j̲ / Pellat, Ch. // Encyclopaedia of Islam.
İbn Cübeyr
Məhəmməd İbn Əhməd ibn Cübeyr ak-Kinani - ərəb şairi, Qranadda Almohadov həyətində xidmət etmişdir. 1183-cü ildə ibn Cübeyr Məkkəyə həcc ziyarətinə gedir. Səyahəti 2 il sürdü. Sonra Aralıq dənizi ilə üzərək ibn Cübeyr Aleksandiraya gəlir. O Misirə piramidaları görməyə gedir və Sfinskanı görür. Sonra yenidən Mosula qayıdır. Bu zaman o rus dilini öyrənir. 1189-1191-ci ildə ibn Cübeyr yenidən şərqə gedir, ancaq hara getdiyi bilinmir. Üçüncü səyahəti isə 1217 ildə edir ancaq rəhmətə gedir, gedı bilmir. Onun şeirləri bəzilər qalır onların əksəriyyəti Saladinaya həsr olunub.
İbn Səbin
İbn Səbin (ərəb. محمدبن عبدالحق بن سبعين‎) — 1219–1270-ci illər arasında yaşamış Əndəluslu filosofdur. O, təsəvvüfü fəlsəfə ilə uzlaşdırmağa çalışıb. Siciliya kralının ona göndərdiyi məktublar və suallara verdiyi cavablarla Siciliyada çoxlu nüfuz qazanmışdır. Əbu Nəsr Farabidən çox təsirlənmişdir.
İbn İzari
Əbu Abbas Əhməd ibn Məhəmməd ibn İzari Mərrakuşi (ərəb. أبو العباس أحمد ابن عذاري المراكشي‎) — XIII əsrin sonunda və ya XIV əsrin əvvəllərində yaşamış Məğrib tarixçisi. O, Məğribin və Əndəlusun orta əsrlərdəki tarixi haqqında 1312-ci ildə yazılmış "Əl-Bəyan əl-Muğrib"in müəllifidir. İbn İzari indiki Mərakeşdə anadan olmuş və orada yaşamış, Fəsin qazisi olmuşdur. Onun həyatı haqqında çox az şey məlumdur. Onun sağ qalan yeganə əsəri olan "Əl-Bəyan əl-Muğrib" Şimali Afrikanın 640/1-ci ildə Misirin fəthindən 1205/6-cı ildə Əlmüvəhhidi fəthlərinə qədər olan tarixidir. Onun müasir elm üçün dəyəri itmiş köhnə əsərlərdən çıxarışlarında və başqa yerdə tapılmayan materialında, o cümlədən IX əsrdə Əndəlusda ilk vikinq basqınları haqqında hesabatlardadır. O, islam dünyasının müxtəlif xəlifələri, imamları və əmirləri haqqında başqa bir bioqrafik əsəri xatırlatmışdır, lakin bu, itmişdir. 712-ci ildən sonra vəfat etmişdir. Ahmed Siraj: L'Image de la Tingitane.